Yüksək Qızlar Liqasının 2 oyunu "FİFA+ TV"də canlı yayımlanacaq

 Yüksək Qızlar Liqasının 2 oyunu "FİFA+ TV"də canlı yayımlanacaq

AFFA ilə FİFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə Yüksək Qızlar Liqasında daha iki oyun "FİFA+ TV" tərəfindən canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, XVI tur çərçivəsində fevralın 21-də keçiriləcək “Şəfa” – “Neftçi” (14:00) və “Zaqatala” – “Ümid” (14:30) görüşü platformada göstəriləcək.

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.

Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.