“Borussiya" və “Ştuttqart”ın sabiq futbolçusu Azərbaycan klubunda

Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Yevlax klubu almaniyalı sol cinah müdafiəçisi Moyse Nqvisani ilə 1 illik müqavilə bağlayıb.
27 yaşlı futbolçu son olaraq Lüksemburqun “Vilts71” klubunda forma geyinib. O, karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştuttqart” və “Borussiya" (Münhenqladbax) klublarının heyətində çıxış edib.
Xatırladaq ki, bu, aranlıların 13-cü transferi olub. Bölgə təmsilçisi daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Vaskes Rollo, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Dürrant və Vüsal Məsimovu rənglərinə bağlayıb.