Paytaxt klubu "Neftçi"nin yetirməsi ilə yeni müqavilə bağladı
Premyer Liqaya hazırlaşan “Şəfa” Ramin Nəsirli ilə müqavilə müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə anlaşma 1 illik nəzərdə tutulub.
"Neftçi"nin yetirməsi 2025-ci ilin yayından “Şəfa”da çıxış edir.
Xatırladaq ki, bakılılar onadək Tərlan Quliyev və Elnur Cəfərovla da əməkdaşlığı yeniləyiblər.


