Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq - Avropa çempionatı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın 8 sərbəst güləşçisi döşək üzərinə çıxacaq.
Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizəyə başlayacaqlar.
İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) güləşəcək.
Cəbrayıl Hacıyev (79 kq) bürünc medal üçün Rasul Şapiyev (Şimali Makedoniya)/Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə Ayub Musayevlə (Belçika) qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq), həmçinin qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.
