Azərbaycanın daha bir güləşçisi Serbiyada dünya çempionu oldu!

Azərbaycanın daha bir güləşçisi Serbiyada dünya çempionu oldu!

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, komandamızın heyətində 55 kq çəri dərəcəsində yarışan Elmir Əliyev dünya çempionu olub.

O, finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabıyla qalib gəlib.

Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə məğlub edərək mundialın bürünc medalını əldə edib.

Xatırladaq ki, dünən Ziya Babaşov (63 kq) da dünya çempionu adına yiyələnmişdi.