Azərbaycan milli komandası AÇ-də bu gün 5 medal qazana bilər

 Azərbaycan milli komandası AÇ-də bu gün 5 medal qazana bilər

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulub.

Onlardan yalnız 70 kq çəkidə mübarizə aparan Hacı Kərimov finala vəsiqə qazanıb.

Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) bu gün bürünc medal uğrunda yarışacaq.

Elcan İsmayılzadə (79 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.