Bu hücumçu Azərbaycandan gedəndən 4 tura 5 qol vurub

Qışda "Turan Tovuz"dan ayrılan Otto Con Liviya çempionatında "meydan sulayır".
"Mediasport" xəbər verir ki, "Əl Mədinə" klubuna keçən nigeriyalı futbolçu meydana çıxdığı 4 turda 5 qol vurub.
27 yaşlı forvard bütün matçlarda ya komandasını məğlubiyyətdən xilas edib, ya da qələbə topunun müəllifi olub.
O, bir görüşdə dubl edib, son üç qarşılaşmada oyuna sonradan daxil olaraq fərqlənib.
Premyer Liqanın 4-cü qrupunda yarışan "Əl Mədinə" geridə qalan 13 tura topladığı 27 xalla turnir cdəvəlinin ikinci pilləsində qərarlaşıb.
Lider "Əl Əhli"nin 33 xalı var.
Qeyd edək ki, Otto Con Tovuz klubunun bütün turnirlərdə 22 oyuna cəmi 5 qol vurmuşdu.