"Qarabağ"ın futbolçuları xəsarət alan azarkeşi evində ziyarət etdilər

"Qarabağ"ın futbolçuları xəsarət alan azarkeşi evində ziyarət etdilər

“Qarabağ”ın futbolçuları Abdullah Zubir, Aleksey Kaşşuk, Bədavi Hüseynov və Marko Yankoviç “Kopenhagen”lə oyunda tribunadan yıxılaraq diz qapağı qopan azarkeşi ziyarət ediblər.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun üzvləri fanatın yaşadığı evə yollanaraq ona baş çəkiblər.

Futbolçular azarkeşə klub adından hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, fanat ağdamlıların 28-ci dəqiqədə Zubirlə hesabı açmasını çılğınlıqla qeyd etdiyindən yıxılaraq xəsarət almışdı.