Bu stadionda təbii ot örtüyünün yenilənməsinə başlanıldı - FOTO

Bu stadionda təbii ot örtüyünün yenilənməsinə başlanıldı - FOTO

“Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.

Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.