9 ildir bölgə klubunun 9 ildir baş məşqçisi idi - İSTEFA VERDİ

9 ildir bölgə klubunun 9 ildir baş məşqçisi idi - İSTEFA VERDİ

Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Zaqatala" baş məşqçisiz qalıb.

"Mediasport" xəbər verir ki, Rüstəm Məmmədov tutduğu vəzifədən ayrılıb.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən mütəxəssis klubun yeni müqavilə təklifini qəbul etmədiyini açıqlayıb.

Məmmədov karyerasında yeni səhifə açmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, o, 9 ildir Zaqatala klubunda çalışırdı. Komanda onun rəhbərliyi altında 1-ci Liqada gümüş və bürünc mükafatçı olub.