"Qəbələ"yə uduzan "Karvan" yerini "İmişli"yə verdi, "Mingəçevir"dən ardıcıl 2-ci qələbə - Tur yekunlaşdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 16-cı tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, turun mərkəzi matçı Qəbələ şəhər stadionunda keçirilib.
Lider "Qəbələ" ən yaxın izləyicisi "Karvan"ı əliboş yola salaraq Premyer Liqaya doğru daha bir addım atıb.
Yevlax təmsilçisinin büdrəməsindən maksimum yararlanan "İmişli" qələbə qazanaraq 2-ci pilləyə yüksəlib və "Karvan"la xallarının sayını eyniləşdirib.
Yanvarda yeni sponsorun himayəsinə verilən autsayder "Mingəçevir" ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.
Azərbaycan 1-ci Liqası. 16-cı tur
"Qəbələ" - "Karvan" 2:0
Qollar: D.Massumo, 54, A.Şuaybu, 84.
"Mingəçevir" - "Difai" 1:0
Qol: R.Məmmədov, 88.
"Qaradağ Lökbatan" - "İmişli" 0:1
Qol: P.Alveş, 40.
MOİK - "Zaqatala" 0:0