ÇL: "Atletik" - "Qarabağ" oyununu xorvat hakimlər idarə edəcəklər

Oktyabrın 22-də UEFA çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək "Atletik" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, İspaniyada baş tutacaq qarşılaşmada ədaləti Xorvatiyadan olan fit sahibləri qoruyacaqlar.
Baş hakim İqor Payaça yan xətdə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.
Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.