Təmsilçilərimiz avrokuboklarda mübarizəyə nə vaxt start verəcək?

Təmsilçilərimiz avrokuboklarda mübarizəyə nə vaxt start verəcək?

2026/2027-ci illər mövsümündə 4 klub Azərbaycanı avrokuboklarda təmsil edəcək.

"Mediasport" xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanan "Sabah" 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Qitənin birinci dərəcəli klub turnirinin ilk mərhələsinin oyunları iyulun 7-də baş tutacaq.

Avropa Liqasına vəsiqəni təmin edən "Qarabağ" da yarışa ilk raunddan qoşulacaq və mübarizə iyulun 9-da start götürəcək.

Dünən çempion "Sabah"ı məğlub edən "Neftçi" və üçüncü yerin sahibi "Turan Tovuz" isə Konfrans Liqasına vəsiqə qazanıb.

"Ağ-qaralar" 1-ci təsnifat mərhələsindən, Qərb təmsilçisi 2-ci təsnifat mərhələsindən turnirə qoşulacaq.

Mövsüm iyulun 9-da start götürəcək. 2-ci təsnifar mərhələsinin ilk oyunları 23 iyulda baş tutacaq.