Dünya çempionatının seçmə mərhələ oyunları üçün çağırıldı
“Araz Naxçıvan”nın qapıçısı Kristian Avram növbəti dəfə Moldova millisinə dəvət alıb.
"Mediasport" xəbər verir ki, qolkiper qarşıdakı iki rəsmi oyunda yığmanın düşərgəsində olacaq.
Moldovalılar DÇ-2026-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Kişinyovda İtaliya, noyabrın 16-da səfərdə İsrail yığması ilə qarşılaşacaqlar.
Xatırladaq ki, Avram 2021-ci ildən çağırıldığı millidə 16 matç keçirib.
