Çempionlar Liqasında II təsnifat mərhələsi 13 matçla start götürdü

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.
Azərbaycan çempionu "Qarabağ" mübarizəyə bu gün qoşulacaq.
Ağdam klubunun növbəti raundda potensial rəqiblərindən - Şimali Makedoniyanın "Şkendiya" və Rumıniyanın FKSB klublarının ilk dueli birincilərin meydanında reallaşıb.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar
"KuPS" (Finlandiya) - "Kayrat" (Qazaxıstan) 2:0
"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) 0:1
"Noa" (Ermənistan) - "Ferensvaroş" (Macarıstan) 1:2
RFŞ (Latviya) - "Malmö" (İsveç) 1:4
"Hamrun" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) 0:3
"Pafos" (Kipr) - "Makkabi" (İsrail, Təl-Əviv) 1:1
"Kopenhagen" (Danimarka) - "Drita" (Kosovo) 2:0
"Viktoriya" (Çexiya) - "Servette" (İsveçrə) 0:1
"Şkendiya" (Şimali Makedoniya) - FKSB (Rumıniya) 1:0
"Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) 4:0
"Lex" (Polşa) - "Breydablik" (İslandiya) 7:1
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) 0:0