"Çoxları bu oyunda "Qarabağ"ı favorit hesab edir, lakin mən..."

 "Çoxları bu oyunda "Qarabağ"ı favorit hesab edir, lakin mən..."

Bizi "Qarabağ"la gərgin və maraqlı oyun gözləyir. "Sabah" ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan".

"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski deyib.

Rusiyalı mütəxəssis Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb:

"Görüşə ciddi hazırlaşmışıq. 1 aydır yaxşı hazırlıq keçirik. Məsuliyyətimizin fərqindəyik. Komandamızda hər şey qaydasındadır. Hazırda yalnız kubok oyunundan qalib ayrılmağa köklənmişik. Qələbə üçün əlimizdən gələni etməliyik. Şansların 50-nin 50-yə olduğunu düşünürəm. Bir çoxları bu oyunda "Qarabağ"ı favorit hesab edir. Lakin mən şansların bərabər olduğunu düşünürəm".

Mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlanacaq.