"Sabah" UEFA Çempionlar Liqası oyunu üçün Norveçə yola düşdü
Noyabrın 4-dən 5-nə keçən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Vikinq"in qonağı olacaq "Sabah" Norveçə yola düşüb.
"Mediasport" xəbər verir ki, komanda çarter reysi ilə Stavangerə üz tutub.
Zədə səbəbindən son matçı buraxan Velko Simiç də qafilədə yer alıb.
Baş məşqçisi Valdas Dambrauskas sabah Bakı vaxtı ilə saat 20:30-da mətbuat konfransına qatılacaq.
Ardınca "bayquşlar"ın qarşılaşmanın baş tutacağı Vikinq Stadionunda məşqi olacaq.
Arenanın azarkeş tutumu 16 min nəfərlikdir.
Görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək.

