Eldar Zülfüqarov Avropa Qızıl Liqası matçlarına təyinat aldı

Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova növbəti dəfə təyinat verib.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi mayın 30-dan iyunun 1-dək Bakıda keçiriləcək qadınlar arasında Avropa Qızıl Liqasının ilk mini-turnirində hakimlik edəcək.
Zülfüqarov türkiyəli həmkarı Caner Çildirlə birlikdə mayın 31-də Sloveniya - Macarıstan görüşündə iş başında olacaq.
O, ertəsi gün serb Deyan Rogiçlə birlikdə Azərbaycan - Sloveniya qarşılaşmasında işləyəcək.