Yüksək Liqanın gümüş medalçısı üç ukraynalı ilə müqavilə bağladı

Qadın voleybolçulardan ibarət “Abşeron” komandası heyətinə üç yeni oyunçu cəlb edib.
"Mediasport" xəbər verir ki, Bakı klubu ukraynalı voleybolçular - Daria Kaplanska, Anastasiya Mayevska və Yana Prokopovanın keçidini rəsmiləşdirib.
Hər üç voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm “Abşeron” Yüksək Liqanın gümüş medallarına sahib çıxıb.