Azərbaycan Yüksək Liqasında yeni mövsüm bir matçla start götürdü

Azərbaycan Yüksək Liqasında yeni mövsüm bir matçla start götürdü

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsüm start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günnüdə bir matç keçirilib.

Gəncə İdman Sarayında başlayan mövsümün açılış qarşılaşması son çempion "Azerreyl"lə "Gəncə" arasında olub.

Paytaxt təmsilçisi səfərdən qalib qayıdıb - 3:2.

Turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri sabah baş tutacaq.

"Gənclər" - "Xilasedici" oyununun keçiriləcəyi yer və tarix açıqlanmayıb.