"Ayaks" "Qarabağ"la matçdan əvvəl "Neftçi" Futbol Mərkəzində olacaq

"Ayaks" "Qarabağ"la matçdan əvvəl "Neftçi" Futbol Mərkəzində olacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-u saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

"Ayaks"ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14:00-da "Neftçi" Futbol Mərkəzində, mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.