"Kəpəz"in yeni baş məşqçisinin köməkçiləri açıqlandı - FOTO

"Kəpəz"in yeni baş məşqçisinin köməkçiləri açıqlandı - FOTO

"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırovun köməkçiləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandamızda çalışan Zaur Əsədov və ötən mövsüm kollektivimizə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.

Qeyd edək ki, Gəncə klubu Adil Şükürovun rəhbərliyi altında cari Premyer Liqada keçirdiyi 6 oyunun hamısında məğlub olub.