Millimizin futbolçusu Albaniya Kubokunda yarımfinala çıxdı

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Kubokunda yarımfinala çıxıb.
"Mediasport" xəbər verir ki, müdafiəçinin komandası 1/4 finalın cavab görüşündə "Biliş"lə bərabərə qalıb - 2:2.
"Eqnatiya" ilk matçda qələbə qazandığından (3:1) adını yarımfinala yazdırıb.
Zamiq 90 dəqiqə meydanda olub və 24-cü dəqiqədə sarı vərəqə alıb.