Əliyar Ağayev UEFA Avropa Liqasının 3-cü təsnifat oyununda

Əliyar Ağayev UEFA Avropa Liqasının 3-cü təsnifat oyununda

FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində iş başında olacaq.

O, Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçı idarə edəcək.

Yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli işləyəcəklər.

Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

VAR-da avstriyalı Alan Kijas, AVAR-da Nicat İsmayıllı fəaliyyət göstərəcək.

Qarşılaşma avqustun 6-da keçiriləcək.