Haalandın israilli əsgərlə dialoqu gündəm oldu - VİDEO

Haalandın israilli əsgərlə dialoqu gündəm oldu - VİDEO

Norveç milli komandasının futbolçusu Erlinq Haalandın HƏMAS tərəfindən girov götürülən və daha sonra azad edilən israilli Ömər Şem Tov adlı əsgərlə danışığı sosial mediada geniş yayılıb.

"Mediasport" xəbər verir ki, tərəflər arasında baş tutan əlaqə futbol azarkeşlərinin ciddi narazılığına səbəb olub.

Hücumçu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Erlinq Halaand: "Sadəcə sizinlə salaşmaq üçün əlaqə saxlamaq istədim. Bu gün özünüzü necə hiss edirsiniz?"

Ömər Şem Tov: "Mənimlə əlaqə saxladığınız üçün çox sağ olun. Allaha şükür, əlayam. Performansınızı, oyun üslubunuzu bəyənirəm. Sizə heyranam. Möhtəşəmsiniz".