Hakimləri təhqir edən məşqçiyə verilən cəza qüvvədə saxlanıldı

Hakimləri təhqir edən məşqçiyə verilən cəza qüvvədə saxlanıldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı başa çatan mövsümdə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

"Mediasport" xəbər verir ki,  AFFA İntizam Komitəsinin mayın 21-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Amit Quluzadə I Liqanın XXVI turunda "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün beş oyunluq cəza alıb.