Millimiz yoldaşlıq oyununa çıxır
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan yığmamız Bəhreynlə matçda qüvvəsini sınayacaq.
Duel 18:00-da start götürəcək.
Millimiz iyunun 9-da isə Qırğızıstandan olan həmyaşıdlarına qarşı yoldaşlıq oyunu keçirəcək.


