"Qarabağ" - "Zirə" görüşünün biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qarabağ" - "Zirə" oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VİP biletlər isə 15 manat təşkil edir.
Azarkeşlər biletləri iTicket.az saytından onlayn əldə edə bilərlər.
Biletlər oyun günü isə "iTicket"lə yanaşı, “Azersun Arena”nın kassasında satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Sentyabrın 12-də keçiriləcək qarşılaşma 20:00-da başlanacaq.