Bakıda keçiriləcək Millətlər Liqası turnirinin açılış mərasimi oldu

 Bakıda keçiriləcək Millətlər Liqası turnirinin açılış mərasimi oldu

Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimi baş tutub.

"Mediasport" xəbər verir ki, "Bayıl Arena"da baş tutan mərasimdə AFFA rəsmiləri, C qrupunda mübarizə aparacaq ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirili, sonra tədbir bədii hissə ilə davam edib.

Üç gün davam edəcək turnirdə Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri yarışacaqlar.

Bütün görüşlər "Bayıl Arena"da keçiriləcək.