“Turan Tovuz"dan yeni anlaşma

“Turan Tovuz” Futbol Akademiyası yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.
"Mediasport" xəbər verir ki, ölkəmizin tanınmış brendlərindən “Erekle” klubun akademiya komandalarının su tərəfdaşı olacaq.
Əməkdaşlıq 2025-2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.
10 çeşiddə məhsul istehsal edən şirkətin təsisçisi Taleh Məmmədov akademiyanı ziyarət edib. Oradakı şəraitlə tanış olan qonaq əməkdaşlıqdan məmnun qaldıqlarını qeyd edib.