Azərbaycan milli komandası yenə Avropa çempionu adını qazandı
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub.
"Mediasport" xəbər verir ki, ötənilki titulunu qoruyan yığmamız 133 xalla yenidən Avropa çempion olub.
Türkiyə (121) ikinci, Gürcüstan (118) üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
