Məşhur döyüşçülər "Qarabağ"ın futbolçuları ilə görüşdülər

Məşhur döyüşçülər "Qarabağ"ın futbolçuları ilə görüşdülər

İlk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları “Qarabağ”ın bazasında olublar.

"Mediasport" xəbər verir ki, yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, çəkisindən asılı olmayaraq ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçev, eyni kateqoriyada Bellatorun məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov komandanı ziyarət ediblər.

Qonaqları komandanın bazası ilə tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularla da görüşərək biri-birilərinə uğurlar arzulayıblar.

İdmançılara klubun formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək. Həmin gün döyüşə çıxacaq Azərbaycan idmançısı Rafael Fiziyev də bir neçə gün əvvəl “Qarabağ”ın qonağı olub.