“Qarabağ”ın futbolçularından Masallı məktəblilərinə sürpriz
“Qarabağ”ın futbolçuları - Elvin Cəfərquliyev və Mateuş Koxalski təqdirəlayiq addımla diqqət çəkiblər.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun üzvləri Masallı rayonunda iki məktəblinin arzusunu reallaşdırıb.
Futbolçular məktəblilərin onlara olan sevgilərini video ilə ünvanlamalarına biganə qalmayıblar.
Balacalara videomüraciətlə qarşılıq verən Elvin 44 nömrəli "Qarabağ" formasını, Koxalski isə imzalı əlcəklərini şagirdlərə hədiyyə göndərib.
