"Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi" - Kurban Berdiyev

"Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi" - Kurban Berdiyev

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 2-ci turunun "Şamaxı" ilə oyunu haqda fikirlərini bildirib.

"Mediasport" xəbər verir ki, həmişəki kimi qısa danışan mütəxəssis təmiz qollarının sayıılmadığını deyib:

"Birinci hissədə çox pis oynadıq. Səbəblərini araşdıracağıq. İkinci yarıda da yaxşı olduğumuzu deyə bilmərəm. Amma birinci hissə ilə müqayisədə normal idik.

Sayılmayan qolunumuza gəlincə, hər kəs gördü ki, qoldur, bircə hakim görmədi".

Qeyd edək ki, "Turan Tovuz" doğma azarkeşləri qarşısında "Şamaxı" ilə qolsuz bərabərə qalıb.