"Hesab 4:2 olduqdan sonra göz yaşlarımı saxlaya bilmədim"
"Coy-Lens Mikels 5-ci qolu vurduqdan sonra isə dəli kimi ağlamağa başladım. Yaşadığım hissləri sözlərlə ifadə etmək çətindir. Bu, həyata keçən saf arzudur".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Timoteuş Puxaç deyib.
Polşalı legioner komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə bağlı təəssüratlarını bölüşüb:
"Hesab 4:2 olduqdan sonra göz yaşlarımı saxlaya bilmədim. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq mənim üçün xüsusi əhəmiyyət kəsb edir.
Uşaqlıqdan Lionel Messi və Kriştianu Ronaldu da daxil olmaqla, öz dövrünün ən böyük ulduzlarını izləyirəm. Həmişə bu turnirdə oynamağı arzulamışam.
Orada oynayacağıma həqiqətən inanırdım. Bu, çox möhtəşəm hissdir".
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” Beer-Şeva klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.


