"Bütün diqqətimizi Azərbaycan yığması ilə matça kökləmişik"

"Milli komandalar səviyyəsində zəif rəqib yoxdur. Biz komanda şəklində bütün diqqətimizi Azərbaycan yığması ilə matça kökləmişik".
"Mediasport" xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko deyib.
Vinger DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Bakıda keçiriləcək Azərbaycan - Ukrayna qarşılaşmasından öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb:
"Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama var gücümlə kömək etməyə hazıram. Burada zəif rəqib olmur. Sabahkı görüşdə bizə qələbə lazımdır. İnanıram ki, yoldaşlarımla bunu birlikdə bacaracağıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu saat 20:00-da başlanacaq.