Hüseyn və Nihad çempion oldu, Rəşid həlledici görüşdə uduzdu
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya tam üstünlüklə (12:0) qalib gələrək çempion olub.
Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabı ilə üstələyərək U17 Avropa çempionatını bürünc medalla başa vurub.
Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa 2:14 hesabı ilə uduzub və gümüş medala yiyələnib.
Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək çempion tituluna sahib çıxıb.
Hakim Tağıyev (110 kq) belaruslu Daniil Jivulaya 3:1 hesabıyla qalib gələrək üçüncü olub.
