Son gündə millimizin daha bir üzvü Avropa çempionu oldu
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı başa çatıb.
"Mediasport" xəbər verir ki, son yarış günündə Azərbaycan aktivinə daha bir qızıl medal yazdırıb.
51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov finalda türkiyəli Muhammed Gölhaya qalib gələrək qitə çempionu olub.
45 kq-da yarışan Tunar Həsənov isə bürünc medal uğrunda görüşdə türkiyəli Buğra Eldemiri məğlub edəərk 3-cü yeri tutub.
Xatırladaq ki, millimiz AÇ-də ümumilikdə 13 medal əldə edib. Onlardan üçü qızıl, dördü gümüş, altısı bürünc əyarlıdır.
Ölkəmiz mötəbər yarışda 28 idmançı ilə təmsil olunub:
Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizə parıb.
Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edib.
Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) tatami üzərinə çıxıb.
Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyub.

