Bir güləşçimiz finala çıxdı, ikisi təsəlliverici görüşlərə qatılacaq

Bir güləşçimiz finala çıxdı, ikisi təsəlliverici görüşlərə qatılacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, mundialın ilk günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Günün yekunlarına əsasən, onlardan yalnız ən ağır çəkili təmsilçimiz Giorgi Meşvildişvili ümidləri doğruldub.

125 kq çəki dərəcəsində yarışan gürcü legionerimiz bütün rəqiblərinə qalib gələrək finala çıxıb. İkiqat dünya çempionu - iranlı Əmir Hüseyn Zarə ilə qızıl medal qarşılaşması sabah baş tutacaq.

Yeri gəlmişkən, Giorgi Meşveldişvili 10 illik fasilədən sonra ən ağır çəkidə dünya çempionatında finala yüksələn ilk güləşçimiz oldu

63 kq-da Nürəddin Novruzov və 86 kq-da Arseniy Djioyev mübarizəni 1/4 finalda dayandırsa da, rəqiblər finala qədər irəlilədiyi üçün güləşçilərimiz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə ediblər.

70 kq-da Kənan Heybətovun isə mundialı medalsız başa vuracağı dəqiqləşib.

DÇ-yə sentyabrın 21-i yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan komandası DÇ-yə ümumilikdə 23 idmançı ilə yollanıb.