Azərbaycanın daha iki güləşçisi İslamiadada gümüş medal qazandı
Azərbaycanın daha iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
"Mediasport" xəbər verir ki, Ağanəzər Novruzov (74 kq) və Ruzanna Məmmədova (62 kq) gümüş mükafat əldə edib.
Xatırladaq ki, bu gün digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

