Kamilo Duran Kolumbiya yığma komandasına dəvət almadı

Kamilo Duran Kolumbiya yığma komandasına dəvət almadı

"Qarabağ"ın futbolçusu Kamilo Duranla bağlı qəribə olay yaşanıb.

"Mediasport" xəbər verir ki, 10 gün əvvəl karyerasında ilk dəfə Kolumbiya yığmasına dəvət aldığı açıqlanan Ağdam klubunun vingeri heyətdən kənar qalıb.

Onun adı bu ay keçiriləcək yoldaşlıq oyunları üçün düşərgəyə cəlb olunan 26 futbolçu arasında yoxdur.

Kolumbiya Futbol Federasiyasının açıqladığı siyahıya əsasən, baş məşqçi Nestor Lorenzo Durana dəvət göndərməyib.

Mraaqlıdır ki, "Qarabağ"lının milliyə çağırıldığını martın 10-da klubu açıqlamışdı.

Kolumbiya seçməsi martın 21-dən 26-dək ABŞ-nin Orlando şəhərində baş tutacaq təlim-məşq toplanışı çərçivəsində Xorvatiya və Fransa futbolçuları ilə qarşılaşacaq.