Milli komandamız Rusiya yığması ilə qarşılaşacaq? - AÇIQLAMA

Milli komandamız Rusiya yığması ilə qarşılaşacaq? - AÇIQLAMA

"Hazırda Azərbaycan millisi payızda start götürəcək dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Bu ilin təqvimində Rusiya yığması ilə yoldaşlıq görüşünə yer yoxdur".

"Mediasport" xəbər verir ki, bu sözləri AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.

Rusiyanın "sport24.ru" syatına açıqlama verən federasiya rəsmisi bu ölkənin yığması ilə yoldaşlıq görüşünün mümkünlüyünə aydınlıq gətirib.

Mətbuat katibi Rusiya Futbol Federasiyasının rəhbəri Aleksandr Dyukovun millimizlə matç keçirmək arzusuna belə reaksiya verib:

"Bildiyiniz kimi, DÇ-nin seçmə mərhələ oyunları sentyabr-noyabr aylarında keçiriləcək. 2026-cı ilin təqvimi isə hazırlıq mərhələsindədir. İlin sonunda bu barədə məlumat olacaq".

Qeyd edək ki, Rusiya Ukrayna ərazilərinə hücum səbəbindən 3 ildir beynəlxalq idman qurumlarının sanksiyaları ilə üzləşib.