"Kəpəz" heyətini gürcüstanlı yarımmüdafiəçi ilə gücləndirdi

"Kəpəz" heyətini gürcüstanlı yarımmüdafiəçi ilə gücləndirdi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə güclənib. 

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi gürcüstanlı Otar Aptsiauri ilə anlaşıb.

23 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. 

Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Otarın son klubu vətənində "Dinamo" (Tbilisi) olub.

Qeyd edək ki, "Kəpəz" daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofananı transfer edib.