500-cü qolu Əhmədzadə vurdu
Premyer Liqanın 33-cü turunda 2025/26 mövsümünün 500-cü qolu vurulub.
"Mediasport" xəbər verir ki, "Sumqayıt" - "Qarabağ" (3:4) matçında Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub.
Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra qeydə alınıb.
Sonuncu dəfə 2004/05 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.
2004/05 mövsümündə 684 qol vurulub.
Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.


