Azərbaycandan ayrılıb 16 qat Boliviya çempionu ilə anlaşdı
"Kəpəz"dən ayrılan Luis Paçu Lira özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu karyerasını Boliviyada davam etdirəcək.
Forvard 16 qat ölkə çempionu "Strongest" klubuna keçib.
Cənubi amerikalı La Pas təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Paçu Azərbaycanda "Turan Tovuz"da da forma geyinib.



