"Levski" - "Sabah" qarşılaşması bu göstərici ilə ilk "10-luq"da yer aldı

"Levski" - "Sabah" qarşılaşması bu göstərici ilə ilk "10-luq"da yer aldı

"Sabah" UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Levski"yə uduzub (0:1).

"Mediasport" xəbər verir ki, həmin matçı stadionda 16163 azarkeş izləyib.

"Football Meets Data" portalına görə, bu matç izləyici sayına görə ilk "10-luq"da qərarlaşıb.

"Hayduk" - "Dinamo Siti" qarşılaşmasının keçirildiyi stadionda isə 31652 tamaşaçı sayı qeydə alınıb və bu matç birinci pillədə yer alıb.

Xatırladaq ki, "Sabah"ın Bolqarıstan klubu ilə cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.