"Turan Tovuz"dan yubiley qolu

 "Turan Tovuz"dan yubiley qolu

"Turan Tovuz" Premyer Liqada 100-cü ev qoluna imza atıb.

"Mediasport" xəbər verir ki, yubiley qolunu Xorxe Silva vurub.

O, Misli Premyer Liqasının IV turunun "Sumqayıt"la görüşündə qələbə (2:1) topunun müəllifi olub.

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. "Turan Tovuz" Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olub.

Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. "Kəpəz"lə görüşdə (2:0) hesabı Runi Eva açıb.