Vanderson Melo Azərbaycan klubu ilə bir illik müqavilə bağladı

 Vanderson Melo Azərbaycan klubu ilə bir illik müqavilə bağladı

"Araz-Naxçıvan" futbolçusu Vanderson Melonun gələcək karyerası ilə bağlı qərar qəbul edib.

"Mediasport" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb. 

Melo 2023-cü ilin iyul ayından Naxçıvan təmsilçisinin fomasını geyinir.

Qeyd edək ki, "Araz-Naxıvan" bunadək Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzadıb.