Daha bir azərbaycanlı legioner həyatı yaşayacaq - RƏSMİ

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
"Mediasport" xəbər verir ki, Elmir Tağıyev Kosovoya üz tutub.
25 yaşlı yarımmüdafiəçi "Dreniça"ya transfer edilib.
O, Premyer Liqa təmsilçisi ilə mövsümün sonunadək müddəti əhatə edəcək müqavilə bağlayıb.
Son mövsümü “Kəpəz”də keçirmiş Tağıyev daha əvvəl "Səbail" və "Turan Tovuz" klublarında forma geyinib.