“Qarabağ”ın 3-cü mərhələdə potensial rəqibləri məlum oldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
“Mediasport” xəbər verir ki, “Qarabağ” - “Şelburn” (İrlandiya) cütünün qalibi növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) - FKSB (Rumıniya) cütünün güclüsü ilə qarşılaşacaq.
Bu raundun matçları avqustun 5-6-da və 12-də baş tutacaq.
Xatırladaq ki, Ağdam klubu "Şelburn"la II raund oyunlarını iyulun 23-də və 30-da keçirəcək.